Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yeni nəsil freqatın kili qoyulub

ABŞ-ın Viskonsin ştatının Marinette şəhərindəki “Fincantieri Marinette Marine” (“FMM”) gəmiqayırma zavodunda aprelin 12-də “Constellation” (FFG-62) raket freqatının kili qoyulub.

“Seanews.az” xəbər verir ki,  2020-ci ilin aprelində keçirilən tenderdən sonra “Fincantieri Marinette Marine” zavodu ilə freqatın layihəsinin hazırlanması və tikintisi üçün 795,116 milyon dollar dəyərində müqavilə bağlanıb.

Müqavilə həmçinin əlavə 9 seriyalı gəminin çatdırılması, sonrakı dəstək, mühəndislik xidmətləri, heyət hazırlığı, təlim avadanlıqlarının, əməliyyat materiallarının və ehtiyat hissələrinin satışı variantlarını özündə birləşdirir. Bütün variantlar həyata keçirilərsə, tədarüklər 2035-ci ilin ortalarına qədər başa çatdırılacaq və layihənin ümumi dəyəri 5,576 milyard dollar təşkil edəcək.

İlk freqatın tikintisinə 2022-ci il avqustun sonlarında “FMM”-in Marinette müəssisəsində start verilib. Onun ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi 2026-cı ilə planlaşdırılır. Gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələri əlavə 10 seriyalı gəmi, yəni ümumilikdə 20 ədəd inşa etmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır