Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Saparmurat Niyazov” gəmisi modernləşdiriləcək

Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu “Saparmurat Niyazov” gəmisinin modernləşdirilməsində Çinin “Weichai” mühəndislik korporasiyası ilə əməkdaşlığa hazırdır.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Agentliyinin (“Türkməndənizdəryayolları”) mətbuat xidməti məlumat yayıb.

Türkmənistan zavodunda keçirilən görüşdə “Balkan” təmsilçiləri qonaqları gəmiqayırma zavodunun fəaliyyəti və istehsal imkanları ilə tanış ediblər.

“Tərəflər potensial əməkdaşlığa dair səmərəli danışıqlar aparıblar. “Saparmurat Niyazov” gəmisinin modernləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər gəmi avadanlıqlarının texniki xarakteristikalarının optimallaşdırılmasını nəzərə alaraq mühərriklərin və dizel generatorlarının dəyişdirilməsinin müxtəlif variantlarını nəzərdən keçiriblər”, - deyə məlumatda qeyd olunub. Mütəxəssislər gəmiyə baş çəkərkən maşın şöbəsinin yerləşməsini və modernləşdiriləcək əsas avadanlıqları araşdırıblar.

“Saparmurat Niyazov” quru yük gəmisi 1992-ci ildə Komarnoda (Çexosslavakiya) inşa edilib. Gəminin uzunluğu 115,8 metr, eni 13 metr, hündürlüyü 6 metr, suya oturumu  4 metr, sürəti 8,8 düyün, heyəti 10 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır