Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Tanker tikintisi üzrə sifarişlər rekord həddədir

Yeni tankerlərin tikintisinə dair sifarişlərin sayı son 18 ildə rekord həddə çatıb.

“Seanews.az” xəbər verir ki, “Marhelm” analitik platformasının məlumatına görə, 2024-cü ilin ilk üç ayında 97 gəminin tikintisinə dair müqavilələr imzalanıb.

Fevral ayında 37 tanker sifariş verilmişdir ki, bunların da demək olar ki, yarısı VLCC-lər olub.

Mart ayında 28 tanker, o cümlədən 15 neft tankeri (5 VLCC və 10 “Suezmax”) və 13 ərzaq məhsulları daşıyan gəmilər  sifariş edilib.

2024-cü ilin mart ayının sonunda tankerlər üçün sifarişlərin tonnajı 55,9 milyon ton olub və mövcud donanmanın 8,6%-ni təşkil edib. Yeni tankerlərə tələbin kəskin artması neft məhsullarının daşınmasına tələbatın artması ilə izah olunur. Eyni zamanda, yeni tankerlərin tikintisi üzrə müqavilənin dəyəri 2019-cu ilin əvvəlindən demək olar ki, 38% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır