Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinin ikinci böyük kruiz gəmisi 2026-cı ilin sonunda təhvil veriləcək - VİDEO

Çinin ikinci böyük kruiz gəmisi son quraşdırma üçün Şanxaydakı “Shanghai Waigaoqiao Shipbuilding” zavodunun dokuna qaldırılıb.

"Seanews.az" xəbər verir ki, gəminin hissələri tikinti blokları kimi birlikdə yığılacaq ki, bu da tikinti prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Uzunluğu 341 metr və ümumi tutumu 141,9 min ton olan gəmi 5232 sərnişin üçün nəzərdə tutulmuş 2144 kayutdan ibarətdir.

Gəmi kükürd hissəciklərindən emissiyaların təmizlənməsi üçün iki yeni sistem və layneri ekoloji cəhətdən daha təmiz və ətraf mühit üçün daha təhlükəsiz edəcək beş təkmil ekoloji avadanlıqla təchiz ediləcək.

Gəminin 16 göyərtəsində sərnişin salonları, əyləncə və idman kompleksləri, o cümlədən konsert zalı və kino mərkəzi, böyük restoran kompleksi, rəsm qalereyaları və s. yerləşəcək.

Çin istehsalı olan ikinci kruiz gəmisində optimallaşdırma ilə yaşayış və istirahət sahəsi 14,272 kvadratmetrdən 25 599 kvadratmetrə çatdırılıb.

2026-cı ilin mart ayının sonunda dokdan endiriləcək kruiz gəmisinin dəniz sınaqları 2026-cı ilin iyun ayına planlaşdırılıb. Layner 2026-cı ilin sonunda sifarişçiyə təhvil veriləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır