Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Thecla Bodewes Shipyards” gəmiqayırma zavodunda dedveyti 7280 ton olan gəmi suya buraxılıb

Kampendəki (Niderland) “Thecla Bodewes Shipyards” gəmiqayırma zavodunda “Vertom” şirkətlər qrupu üçün tikilən dedveyti 7280 ton olan “Vertom Anette” gəmisinin suya buraxılması və adlandırılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə tərsanənin mətbuat xidməti məlumat yayıb.

“Vertom Anette” təkmilləşdirilmiş əməliyyat səmərəliliyi ilə çoxməqsədli quru yük gəmilərinin “LABRAX” seriyasındakı beşinci gəmidir. Dizel-elektrik hərəkət sisteminə malik ekoloji cəhətdən təmiz gəmilər seriyası layihəsi “Groot Ship Design” konstruktor bürosu tərəfindən “Thecla Bodewes” şirkətinin mühəndisləri ilə birgə işlənib hazırlanmışdır.

“LABRAX” seriyası dizel-elektrik mühərrikli gəmilər üçün ən yaxşı Enerji Effektivliyi Dizayn İndeksi (EEDI) ilə seçilir. Müasir enerji idarəetmə sistemi enerji itkisini minimuma endirir, ümumi yanacaq sərfiyyatını və karbon qazı emissiyalarını azaldır.

“LABRAX” seriyasının gəmilərinin uzunluğu 118,60 metr, eni 14,30 metr, suya oturumu 6,2 metr, yükgötürmə qabiliyyəti 7280 tondur.

“Vertom” şirkətlər qrupu (Roon, Niderland) yüklərin kabotaj daşınması, logistika ilə bağlı xidmətlərin göstərilməsi, agentlik, ekspeditorluq və tankerlərin icarəsi üzrə ixtisaslaşmışdır. Qrupun donanması dedveyti 1,5 min tondan 12 min tona qədər olan yüzdən çox gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır