Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

Türkiyə “TCG Anadolu”dan daha böyük milli amfibiya gəmisinin istehsalı üçün dizayn işlərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, İspaniya dəniz donanmasının “Juan Carlos” gəmisinin modeli əsasında dizayn olunan “TCG Anadolu”nun 70 faizini yerli istehsal təşkil edir. Hazırlıqlarına başlanılan yeni milli təyyarədaşıyıcıda bu nisbətin artırılması hədəflənir.

Dizayn mərhələsində olan gəmiyə milli pilotlu və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi planlaşdırılır. Bu məqsədlə Türkiyənin aviasiya sektorunun aparıcı şirkətləri Baykar və TUSAŞ ilə birgə araşdırmalar aparılır.

Texniki-iqtisadi əsaslandırması aparılan yeni milli aviadaşıyıcı üçün Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin ekspert heyətinin iştirakı ilə altı işçi qrupu yaradılıb. Həmin qrupların tərkibinə 110 mütəxəssis daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır