Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Ammonyakdan istifadə edəcək ilk “Aframaxes”lar tikilir

Malayziyanın “MISC Group”-nun tanker bölməsi “AET” Çinin Dövlət Gəmiqayırma Korporasiyasına (CSSC)  daxil olan “Dalian Shipbuilding Industry Co., Ltd” (“DSIC”) ilə iki “Aframax” tankerinin tikintisi üçün müqavilələr imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəmilər ənənəvi yanacaqdan əlavə, ammonyakla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.

“MISC”-nin vurğuladığı kimi, bunlar ammonyakdan bunker yanacağı kimi istifadə edəcək ilk “Aframaks” olacaq.

Eyni zamanda, “AET” bu gəmilər üçün “PETCO Trading Labuan Company Ltd” ilə taym-çarter müqavilələri imzalayıb.

Müqavilələrin maliyyə və texniki detalları açıqlanmır.

“MISC” həmfikir tərəfdaşlarla əməkdaşlıqda ammonyakın bunker yanacağı kimi istifadəsi üçün ekosistemin yaradılması niyyətində olduğunu söyləyib.

Xüsusilə, “Akademi Laut Malaysia” (“ALAM”) Akademiyası ilə əməkdaşlıq çərçivəsində dənizçilərə yeni nəsil gəmilərin təhlükəsiz istismarı üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır