Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Cənubi Amerikanın ən böyük buzqıran gəmisi istismara hazırdır

Çili özünün yeni qütb buzqıran gəmisi “Almirante Viel”-in dəniz sınaqlarının birinci mərhələsini başa vurub. Maraqlıdır ki, gəmi tamamilə Cənubi Amerikanın bu ölkəsində inşa edilib.

“Seanews.az” xəbər verir ki, “VARD” layihəsinə uyğun olaraq “ASMAR” dövlət tərsanəsində inşa edilən gəminin dəyəri 200 milyon dollardan çox qiymətləndirilir. Buzqıran gəmi Antarktida bölgəsində elmi tədqiqatları dəstəkləmək üçün nəzərdə tutulub.

"Uzun müddət davam edən tikinti və layihə işlərindən sonra bu mərhələdən məmnunuq. Biz bu gəminin ağ qitənin soyuq sularına çatmasını və milli inkişafa, elmə və su mühitinin qorunmasına töhfə verməsini təmin etmək üçün çalışırıq", - Çilinin tədqiqat və inkişaf proqramı üzrə direktoru Rodrigo Peñaranda “Maritime Executive”-yə bildirib.

Yeri gəlmişkən, bu gəmi Çilidə milli qürur mənbəyidir, çünki o, Cənubi Amerikada indiyə qədər inşa edilmiş ən böyük buzqırandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır