Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Böyük tutumlu tankerlər az sifariş edilir

1 yanvar 2024-cü il tarixinə dünyada ümumilikdə yeni 23 iri tonajlı tankerin tikintisi və ya mövcud tanker donanmasının 2,6%-i sifariş edilib.

“Seanews.az” “Poten”-in hesabatına istinadən xəbər verir ki, bu, tarixi minimumdur. VLCC tankerləri üçün sifarişlərin həcmi “Aframax/LR2” və “Suezmax” üçün sifarişlərin həcmindən xeyli aşağıdır. Onların payı müvafiq olaraq 12,7% və 9,9% təşkil edir.

Lakin “Poten” bunun bu il dəyişəcəyini proqnozlaşdırır. “Sifarişlərin aşağı həcmini təhlil edən gəmi sahibləri başa düşürlər ki, bazarın ildə bir neçə gəmidən daha çox böyük tutumlu yeni tikilmiş tankerlərə ehtiyacı var. Buna görə də VLCC tankerləri üçün sifarişlər kitabı 2024-cü ildə iki dəfə arta bilər və bu il verilən sifarişlərin yalnız bir neçə ildən sonra tələb və təklif balansına təsir göstərəcək”, - nəşr yazır.

Bundan əlavə, aşağı səviyyədə olan köhnə tankerlərin utilizasiyası göstəriciləri də bu il artacaq. “Lloyds List Intelligence”-ə görə, 2023-cü ildə dedveyti 10 min tondan çox olan yalnız 14 tanker doğranmaya göndərilib. Bu, son 20 ilin ən aşağı həcmidir.

“Poten” 2024-cü ildə minimum 50 tankerin metal qırıntısı kimi doğaranacağını gözləyir, bu təxminən 2022-ci ildə ləğv edilən 57 tankerin yük tutumu ilə eynidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır