Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Evergreen” və “COSCO” Çin tərsanələrində yeni konteyner gəmilərinin tikintisinə dair sifariş yerləşdirib

Tayvanın “Evergreen” daşıyıcısı Çinin “Huangpu Wenchong” tərsanəsinə hər biri 2,4 min TEU tutumlu altı konteyner gəmisinin tikintisini sifariş verib.

Bu barədə “Seanews.az” “MB Shipbrokers”-ə (keçmiş “Maersk Broker”) istinadən xəbər verir.

Bir gəminin qiyməti 53 milyon dollar olacaq. Konteyner gəmilərinin 2026-cı ilin ikinci yarısından mərhələlərlə istismara verilməsi planlaşdırılır.

“COSCO” isə 11 min TEU tutumlu iki yanacaqlı konteyner gəmiləri seriyası sifariş edib. Bu konteynerdaşıyanlar Çinin “Shanghai Waigaoqiao Shipbuilding” gəmiqayırma zavodunda tikiləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır