Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Pertamina International Shipping” donanmasına iki böyük tutumlu tanker əlavə edib

İndoneziyanın “PT Pertamina International Shipping” (“PIS”) şirkəti tanker donanmasına iki VLGC ölçülü qaz daşıyıcısını əlavə edib – “Pertamina Gas Caspia” və “Pertamina Gas Dahlia”.

“Seanews.az” xəbər verir ki, hər iki gəmi Cənubi Koreyanın “Hanhwa Ocean” tərsanəsində inşa edilib.

Uzunluğu təxminən 300 metr və hər birinin tutumu 91 min kubmetr olan iki yeni tanker propilen və ammonyak daxil olmaqla, mayeləşdirilmiş neft qazı və neft-kimya yüklərinin daşınması üçün optimallaşdırılmışdır. İki yanacaqlı mühərriklərlə işləyən hər iki gəmi yanacaq səmərəliliyini yaxşılaşdırmaq üçün enerjiyə qənaət edən texnologiyalar və karbon qazı və azot oksidi emissiyalarını azaltmaq üçün təmizləmə sistemləri ilə təchiz edilmişdir.

“PIS”-in baş direktoru Yoki Fernandinin sözlərinə görə, iki yeni tankerin alınması “PIS”-i Cənub-Şərqi Asiyada bu ölçüdə gəmilərin ən böyük sahiblərindən birinə çevirir. “PIS” donanmasına əvvəllər orta yaşı 3,42 ildən az olan 5 VLGC qaz tankeri daxil idi: “Pertamina Gas 1”,” Pertamina Gas 2”, “Pertamina Gas Amaryllis”, “Pertamina Gas Tulip” və “Pertamina Gas Bergenia”.

Hazırda “PIS” 102 gəmini idarə edir.  “VLGC”, “Suezmax” və digər tipli 60 gəmi beynəlxalq marşrutlara cəlb edilib. Yeni qaz daşıyıcıları “Pertamina Gas Caspia” və “Pertamina Gas Dahlia” ilk səfərinə 2024-cü ilin mayında Hyustondan (ABŞ) yola düşəcək.

Qeyd edək ki, hazırda dünyada 419 “VLGC” tankeri var. Onların orta yaşı 10,08 ildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır