Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma zavodunda Yunanıstan üçün dedveyti 50 min ton olan tankerlər tikiləcək

Çinin “Zhoushan Changhong International Ship Repair” gəmiqayırma şirkəti Yunanıstanın “Horizon Tankers” şirkəti ilə Şanxay Gəmiqayırma və Gəmiçilik Araşdırma İnstitutunun (“SDARI”, “CSSC”-ə daxildir),  hazırladığı layihə əsasında tankerlərin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Çin şirkəti məlumat yayıb.

Müqavilə dedveyti 50 min ton olan dörd kimyəvi tankerin/neft tankerinin və seçimin təsdiqindən sonra daha iki tankerin tikintisini nəzərdə tutur.

Razılaşmaya əsasən, gəmilər 2026-cı ilin ikinci yarısından 2027-ci ilə qədər sifarişçiyə təhvil verilməlidir.

Uzunluğu 182,75 metr və eni 32,2 metr olan gəmilər “MAN ES” mühərriki ilə təchiz ediləcək.

“Zhoushan Changhong International”-ın sifariş portfelinə on (+2) orta ölçülü tanker (dedveyt 25.000 - 54.999 ton) və 16 ərzaq məhsulları daşıyan (LR2 sinifli) tanker (dedveyt 80.000 - 159.999 ton) daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır