Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Metanolla işləyən ilk konteyner gəmisi Höteborq limanına yan alıb

Dünyanın metanolla işləyən ilk konteyner gəmisi “Laura Maersk” ilk dəfə Höteborqa yan alıb.

“Seanews.az” liman idarəsinə istinadən xəbər verir ki, gəmi İsveçin Höteborq, Helsinqborq və Halmstad, Danimarkanın Kalunborq və Almaniyanın Bremerhaven limanlarını birləşdirən yeni fider xidmətdə iştirak edir və həftəlik cədvəl üzrə işləyir.

Xatırladaq ki, tutumu 2136 TEU olan konteyner gəmisinə ad verilməsi mərasimi 2023-cü ilin sentyabrında Kopenhagendə baş tutub. Uzunluğu 172 metr, eni 32,2 metr və suya oturumu 11 metr olan “Laura Maersk” 17,4 düyün sürətlə hərəkət edir.

2021-ci ildən “Maersk” yalnız yaşıl yanacaqla işləyən gəmilərin tikintisini sifariş edir. İlk iki mininci gəmiyə əlavə olaraq, şirkətin donanması daha böyük tutumlu - 6 min, 16 min və 17 min TEU-luq 24 konteynerdaşıyanla  gücləndiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır