Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çində yeni LNG tankeri suya salınıb

Dalyan şəhərində (Şimal-Şərqi Çin) mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün Çin istehsalı olan 175 min kubmetr tutumlu “Sea Spırıt” tankeri suya salınıb.

“Seanews.az”  bu barədə “Dalian Shipbuilding Industry”-yə istinadən xəbər verir.

Yeni gəmi “Intelligent Control” (“ICER”) sistemi, ən son iki yanacaqlı LNG mühərrikləri ilə təchiz edilib.

Tanker mükəmməl uyğunlaşma qabiliyyəti və sahil sistemləri ilə uyğunluğu ilə dünyanın əksər əsas LNG terminallarına yanaşmağa qadirdir. “GTT MARK III Flex” yük saxlama sistemi təkrar mayeləşdirmə qurğusu ilə birlikdə buxarlanmış LNG qazını çevik və səmərəli şəkildə idarə edə bilir.

Tankerin uzunluğu 295 metr, eni 46, 4 metr, bortunun hündürlüyü 26, 2 metr, suya oturumu 11,5 metr, sürəti 19,5 düyündür.

Qeyd edək ki, yeni gəmi ilə ilk LNG tədarükü 2025-ci ilə planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır