Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“TSSM” dəniz külək stansiyalarına xidmət edəcək gəmi sifariş edib

“MOL” və “Ta Tong Marine” şirkətlərinin birgə müəssisəsi “Ta San Shang Marine” (“TSSM”) dəniz külək stansiyalarına xidmət gəmisinin tikintisini sifariş verib.

 “MOL”-un açıqlamasında deyilir ki, müqavilə beynəlxalq gəmiqayırma qrupu “Damen Shipyards” ilə imzalanıb. Uzunluğu 87,7 metr, eni 19,7 metr, suya oturumu 5,3 metr olacaq gəmi 120 nəfər üçün nəzərdə tutulub.

Vyetnamın “Damen” gəmiqayırma zavodunda tikiləcək gəminin sifarişçiyə çatdırılması 2026-cı ilin sonuna planlaşdırılır.

Bu, “TSSM”-in donanmasında dəniz külək stansiyalarına xidmət edən üçüncü gəmi olacaq. Asiya gəmiqayırma zavodunda inşa edilən birinci - “TSS Pioneer” gəmisi 2022-ci ildə təhvil verilib. 2022-ci ilin noyabrında sifariş edilən ikinci - “TSS Cruiser” 2025-ci ilin sonunda təqdim ediləcək. Layihəyə əsasən, ikinci və üçüncü gəmilərin güc mühərrikləri metanoldan yanacaq kimi istifadə etməyə hazırlanacaq.

Hər üç gəmi bu onilliyin sonunda tikilib istifadəyə verilməsi planlaşdırılan Tayvanın dəniz külək stansiyalarına xidmət göstərəcək, texniki personalı və lazımi avadanlıqları dəniz obyektlərinə çatdıracaq.

Seanews.az

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır