Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Yanğın nəticəsində yararsız hala düşən gəmi Çin şirkətinə satılıb

Keçən il yanğın nəticəsində yararsız hala düşən “Fremantle Highway” avtomobildaşıyanını yeni sahibinə təhvil vermək üçün Rotterdamdan Çinə aparacaqlar.

“Seanews.az” xəbər verir ki, ötən müddət ərzində Rotterdamdakı “Damen” gəmiqayırma zavodunda dayanan “Fremantle Highway” avtomobildaşıyanında  təmir işləri aparırılıb, xüsusən də yük göyərtələri qismən sökülüb. Yeni sahibi Çinin “Qingshan Shipyard Group” şirkəti Syamendə təmir işlərini başa çatdırmağı planlaşdırır.

2023-cü ilin sentyabrında neft-qaz, metallurgiya və digər sənaye sahələrində gəmilərin, avadanlıqların və qurğuların sökülməsi və istismardan çıxarılması üzrə ixtisaslaşmış “Koole Contractors” şirkəti tərəfindən alınan gəminin adı da dəyişdirilib.

Xatırladaq ki, ötən il iyulun sonunda “Shoei Kisen”-ə məxsus və “K Line” şirkətinin icarəyə verdiyi “Fremantle Highway” avtomobil daşıyıcısında yanğın baş vermişdi. Bir neçə gün onu söndürə bilmədilər. Gəmidə 4 minə yaxın avtomobil, o cümlədən 500-ə yaxın elektrik avtomobili olub və yanğın onlardan birində baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır