Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Maersk”-in yeni 16 min TEU-luq gəmisi “yaşıl” metanolla işləyə bilər

Danimarkanın nəqliyyat və logistika qrupu “A.P. Moller-Maersk” dördüncü iki yanacaqlı konteyner gəmisini donanmasına qəbul edib.

“Seanews.az” qrupun mətbuat xidmətinə istinadən xəbər verir ki, Los-Anceles limanında (ABŞ) keçirilən mərasimdə gəmi “Alette Maersk” adlandırılıb.

Gəminin uzunluğu 350 metr, tutumu 16 min TEU-dur. Konteyner gəmisi Cənubi Koreyanın Ulsan şəhərindəki “HD Hyundai Heavy Industries” (“HD HHI”) tərsanəsində inşa edilib. O, bunker yanacağı kimi “yaşıl” metanoldan istifadə edə biləcək.

Seriyanın ilk gəmisi “Ane Maersk” adlanır və 2024-cü ilin əvvəlində sifarişçiyə təhvil verilib. Aprel ayında “Astrid Maersk” konteyner gəmisi, avqustun əvvəlində isə “Antonia Maersk” donanmanın tərkibinə daxil edilib.

Ümumilikdə şirkət metanolla işləyən iki yanacaqlı 25 gəmi almağı planlaşdırır. Sifarişlər Cənubi Koreyanın “Hyundai Heavy Industries”, “Hyundai Mipo Dockyard” və Çinin “Yangzijiang Shipbuilding Group” tərsanələrinə verilib. “MAN ES” tərəfindən istehsal edilən iki yanacaqlı gəminin mühərrikləri alternativ olaraq adi aşağı kükürdlü yanacaq və metanolla işləyə bilər.

Qeyd edək ki, “Maersk” sıfır emissiyaya nail olmaq üçün donanmanın yenilənməsi proqramını həyata keçirir. Gəmi sahibi proqramı 2027-ci ilə qədər gerçəkləşdirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır