

Yeni sualtı qayıq 250 metrdən çox dərinliyə enə bilər
ABŞ Hərbi Dəniz Qüvvələrinin qeyri-rəsmi “Cersidən olan qız” (“Jersey Girl”) adlandırılan yeni “Virciniya” sinifli “USS New Jersey” nüvə sualtı qayığı istismara hazırdır.
“Seanews.az” bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.
Sualtı qayığın ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsinin rəsmi mərasimi Nyu-Cersidəki “Erl” hərbi dəniz bazasında baş tutub.
Uzunluğu 115 metrə çatan sualtı qayıq 250 metrdən çox dərinliyə enə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır