Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Türkiyə şirkəti Çin tərsanəsinə daha iki konteyner gəmisi sifariş verib

Türkiyənin “Arkas Line” şirkəti əvvəllər sifariş etdiyi dörd gəmidən əlavə 4,3 min TEU tutumlu daha iki konteyner gəmisi sifariş verib.

“Seanews.az” Alphaliner-ə istinadən xəbər verir ki, bütün gəmilər Çinin “Guangzhou Wenchong” tərsanəsində inşa ediləcək.

Son cütün çatdırılması 2027-ci ilə nəzərdə tutulur.

Gəmilərin qiyməti açıqlanmır.

“Alphaliner”-in araşdırmalarına görə, Türkiyənin “Arkas Line” şirkəti donanmasındakı 33 gəmi ilə konteyner xətləri sıralamasında 33-cü yerdədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır