Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Səkkiz tankerin layihələndirilməsi və tikintisi üçün 6,7 milyard dollar ayrılıb

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələri üçün yanacaq dolduran tankerlər sifariş edib.

“Seanews.az”  xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. 

San Dieqodakı (Kaliforniya ştatı) "National Steel and Shipbuilding” şirkəti “John Lewis T-AO 205” sinifli səkkiz yanacaqdoldurma tankerinin layihələndirilməsi və tikintisi üçün 6 754 785 160 ABŞ dolları dəyərində müqavilə əldə edib", - deyə ABŞ Müdafiə Nazirliyinin məlumatında bildirilir.

İş Kaliforniya (həcminin 56%-i), Miçiqan (8%) və Virciniya (4%) ştatlarında, eləcə də Meksikada (6%) yerləşən müəssisələr arasında bölüşdürüləcək. “John Lewis” sinifli tankerlər 22 500 ton yükgötürmə qabiliyyətinə malikdir və heyət tərəfindən idarə olunan zenit silahları və “AN/SLQ-25 Nixie” torpedo  tələləri daxil olmaqla, əsas özünümüdafiə imkanları ilə təchiz edilmişdir.

Seriyanın ilk altı gəmisinin tikintisinə 2016-cı ildə başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır