Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Tayvan gələn ilin yazında ilk sualtı qayığını sınaqdan keçirəcək

2025-ci il martın sonu - aprelin əvvəlində Tayvan öz istehsalı olan ilk sualtı qayığı “Narval”ın dəniz sınaqlarına başlayacaq.

“Seanews.az” xəbər verir ki, bunu adanın müdafiə naziri Vellinqton Ku bildirib.

Sualtı qayığın donanmaya təhvil verilməsi 2025-ci ilin noyabrına planlaşdırılır.

Xatırladaq ki, yeddi sualtı qayığın tikintisi layihəsi Tayvana 8,88 milyard dollara başa gələcək. Sonuncu gəmi  2038-ci ilədək istismara hazır olmalıdır.

Qeyd edək ki, Tayvan öz istehsalı olan ilk sualtı qayığı bu ilin iyulunda suya buraxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır