Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Damen's Albwardy” tərsanəsində çoxməqsədli və suya az oturumlu gəmilər inşa ediləcək

“Damen Shipyards” şirkəti BƏƏ-nin Şarja şəhərindəki “Damen's Albwardy” tərsanəsində çoxməqsədli və suya az oturumlu gəmilərin tikintisi proqramına start verib.

“Seanews.az” xəbər verir ki, qərar Fars körfəzində dənizdə dərinləşdirmə işlərinin həcmi nəzərə alınaraq qəbul edilib.

Gəmilər dayaz sular üçün ideal olduğunu sübut etmiş “Damen” modelləridir.

Proqram 27 metrlik “Multi Cat 2712” layihəli (2025-ci ilin noyabrında təhvil verilməsi planlaşdırılır), 33 metrlik suya az oturumlu “Multi Cat 3313 SD” layihəli (2025-ci ilin dekabrında təhvil verilməsi planlaşdırılır) və 27 metrlik “Shoalbuster 2711” layihəli  (çatdırılma 2026-cı ilin fevralına planlaşdırılır) gəmilərin tikintisini nəzərdə tutur.

Hər üç növ çoxfunksiyalı gəmilərdir, o cümlədən dərinləşdirmə və dənizdə texniki işlər də daxil olmaqla, geniş dəstək işlərini yerinə yetirməyə qadirdir.

“Shoalbuster” sinfi dayaz su əməliyyatları üçün nəzərdə tutulmuşdur və “Shoalbuster 2711”-in suya oturumu cəmi 3 metrdir.

Suya oturumu 2,2 metr olan “Multi Cat 3313 SD” layihəli gəmi ultra dayaz sular üçün münasibdir. 200 kv.metrlik göyərtəsində lövbər və şlanqların yerləşdirilməsi, həmçinin avadanlıq və konteynerlərin daşınması üçün kifayət qədər yer var.

Dartma gücü 30 ton olan “Multi Cat 2712” tam təchiz olunmuş orta ölçülü yedək gəmisidir. Ondan hər cür iş üçün istifadə etmək olar.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır