Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Avstraliya və Böyük Britaniya sualtı qayıqların birgə istehsalına dair müqavilə imzalayacaqlar

Avstraliya və Böyük Britaniya ABŞ-nin də daxil olduğu AUKUS ortaqlığı çərçivəsində yeni nüvə enerjili sualtı qayıqlar sinfinin istehsalı üçün ikitərəfli müqavilə bağlayacaqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avstraliya növbəti on il ərzində ABŞ-dən “Virginia” sinfinə məxsus atom sualtı qayıqları alacaq.

Daha sonra Britaniya və Avstraliya 2023-cü ildə elan edilən AUKUS müqaviləsi çərçivəsində Britaniyadakı “Barrow-in-Furness”də və Cənubi Avstraliyada yeni AUKUS sualtı qayıqları inşa edəcəklər.

Verilən birgə bəyanatda AUKUS tərəfdaşlarının hücum, müdafiə məqsədləri üçün hipersəs texnologiyalarını inkişaf etdirəcəkləri, genişmiqyaslı pilotsuz uçuş aparatı təlimi keçirəcəkləri bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır