Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

Minik avtomobilləri və yük maşınları daşıyacaq gəmi birinci səfərinə çıxıb

“BYD” şirkətinin sifarişi ilə minik avtomobilləri və yük maşınları daşımaq üçün Çində tikilən ilk xüsusi (PCTC) gəmi birinci səfərinə çıxıb.

“Seanews.az” Çin Dövlət Gəmiqayırma Korporasiyasının (“China State Shipbuilding Corporation”, CSSC”) mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobildaşıyan gəmi mayeləşdirilmiş təbii qazla (LNG) işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz edilib və 7000 CEU tutumuna malikdir.

“Byd Hefei” gəmisi “Guangzhou Shipbuilding International”-da (“GSI”, dövlətə məxsus “CSSC” korporasiyasının törəmə müəssisəsi) inşa edilmişdir. Gəmi iki yanacaqlı hərəkət sisteminə əlavə olaraq, daimi maqnit generatoru və xüsusi gövdə örtüyü də daxil olmaqla enerjiyə qənaət edən texnologiyalarla təchiz edilmişdir. Bu, karbon qazı emissiyalarını 30% azaldacaq.

Bildirilir ki, modernləşdirilmiş layihə əsasında “Guangzhou Shipbuilding International” zavodunda “BYD” şirkəti üçün iki gəmi tikiləcək. Ümumilikdə, “GSI” indiyədək avtomobildaşıyan 40 gəmi inşa edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır