Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

16,828 TEU tutumlu yeni konteyner gəmisi “OOCL Sunflower” adı ilə səfərlər edəcək

“Orient Overseas Container Line” (“OOCL”) gəmiçilik şirkəti  beş 16,828 TEU tutumlu gəmilər seriyasında üçüncü konteyner gəmisi üçün adlandırma mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, mərasim Çinin Dalyan şəhərindəki “COSCO KHI Ship Engineering” gəmiqayırma zavodunda baş tutub.

Konteyner gəmisi “OOCL Sunflower” adlandırılıb.

“ECX1 OOCL” trans-Sakit okean konteyner xəttinə xidmət edəcək gəmi Honkonq - Yantyan - Syamen - Şanxay - Nyu-York - Savanna - Çatrlston - Laem Çabang - Kaymep – Honkonq ardıcıllığı ilə limanlara yan alacaq.

Hər birinin tutumu 16,8 min TEU olan 10 konteyner gəmisi üçün sifariş 2021-ci ilin sentyabrında verilib; “Dalian COSCO KHI Ship Engineering” və “Nantong COSCO KHI Ship Engineering” tərsanələrinin hər birində beş gəmi tikiləcək. Sonuncu gəmi 2025-ci ilin dördüncü rübünədək sifarişçiyə təhvil verilməlidir. Müqavilələrin ümumi dəyəri 1,6 milyard dollardır.

Qərargahı Honkonqda yerləşən “OOCL”-nin 65 ölkədə 320-dən çox ofisi var. Dünyanın bu iri gəmiçilik və logistika şirkətinin konteyner xidmətləri Asiya, Avropa, Şimali Amerika, Aralıq dənizi, Hindistan yarımadası, Yaxın Şərq və Avstraliyanı Yeni Zelandiya ilə birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır