Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Bolqarıstanın hərbi tədqiqat gəmisi Antarktidaya 33-cü ekspedisiyadan qayıdıb

Bolqarıstanın Livinqston adasına 33-cü Antarktika ekspedisiyası uğurla başa çatıb. Müqəddəs Kiril və Methodi qardaşlarının adını daşıyan hərbi tədqiqat gəmisi (“NIK-421”) Varna dəniz limanına qayıdıb.

“Seanews.az” xəbər verir ki, “NIK-421” 2024-cü il noyabrın 7-də Bolqarıstan alimlərinin rəhbərlik etdiyi beynəlxalq ekspedisiyanı, eləcə də yeni laboratoriya üçün bütün lazımi avadanlıq və materialları Bolqarıstandan təxminən 5000 dəniz mili (təxminən 9000 km) məsafədə yerləşən Livinqston adasına çatdırmaq üçün Antarktidaya yola düşdü.

Bolqarıstanın vitse-prezidenti İliana Yotova deyib ki, “Bolqarıstanın qütb tədqiqatçıları peşəkarlığın simvoludur, onların nailiyyətləri və kəşflərindən bütün dünya alimləri istifadə edir və “NIK-421” ekspedisiyasında iştirakla bağlı layihə son illərdə Bolqarıstanda ən uğurlu layihələrdən birinə çevrilib”.

Bolqarıstan Antarktika İnstitutunun rəhbəri Xristo Pimpirev da altı ölkənin nümayəndələrinin iştirak etdiyi ekspedisiyanın Antarktidanın tədqiqi prosesində ən uğurlu ekspedisiyalardan bir hesab edib. O deyib: "Biz 30 elmi layihə üzərində işlədik, ilk dəfə olaraq günəşin aktivliyini öyrəndik, yeni dərmanların hazırlanmasına kömək edə biləcək mikrobiologiyanı öyrəndik. İlk dəfə olaraq Smit adasında araşdırma aparıldı və bu, onun qiymətli nadir metallarla zəngin olduğunu göstərdi. Bizim ən böyük nailiyyətimiz Livinqston adasında bir çox alimlərin istifadə edəcəyi elmi laboratoriyanın tikintisinin başa çatdırılmasıdır".

1984-cü ildə inşa edilən tədqiqat gəmisi 27 iyul 2021-ci ildə Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Gəminin heyəti 26 nəfərdən ibarətdir; Varnadakı Ali Dəniz Məktəbinin kursantları Antarktidaya üçüncü ekspedisiyasında iştirak etdilər.

TASS-ın verdiyi məlumata görə isə, Cənubi Şetland arxipelağına daxil olan Livinqston adası 1819-cu ildə kəşf edilib və əvvəlcə Smolensk adlandırılıb. Bu torpağın ilk təsvirini rus dənizçisi Thaddeus Bellingshausen (1778-1852) vermişdir. 1988-ci ildən Livinqstonda Bolqarıstanın “Müqəddəs Kliment Ohridski” Antarktika bazası fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır