"ESL Shipping" “Kallio” quru yük gəmisini Norveç şirkətinə satıb
"ESL Shipping" şirkəti donanmanın yaşlanmış tərkibini yeniləmək məqsədilə 2006-cı ildə inşa edilmiş, öz-özünü boşalda bilən və buz sinifli "Kallio" quru yük gəmisini Norveçin "The Qrill Company AS" şirkətinə satıb.
"Seanews.az" xəbər verir ki, 21 353 DWT tutumlu gəminin satış qiyməti təxminən 18 milyon avro təşkil edir və bu əməliyyatdan "Aspo" üçün təqribən 10 milyon avro mənfəət gözlənilir.
"Aspo Plc"-in törəmə şirkəti olan "ESL Shipping" bildirib ki, istismarda olan bu gəminin satışından əldə edilən vəsait hazırda inşası davam edən yeni gəmilərin maliyyələşdirilməsinə yönəldiləcək və şirkətin “yaşıl keçid” strategiyasını sürətləndirəcək.
"Kallio" gəmisi bu vaxta qədər Finlandiya bayrağı altında üzürdü. Gəminin yeni sahibinə təhvil verilməsindən sonra "ESL Shipping" heyəti mümkün olduqda şirkətin digər gəmilərinə təyin ediləcək.

