"Newport SA" donanmasına yeni gəmi əlavə edib
"George Chatzis"-in rəhbərlik etdiyi "Newport SA" 2025-ci ilin ilk alışını həyata keçirib.
"Seanews.az" xəbər verir ki, şirkət Almaniyanın "Termare Shipmanagement" şirkətindən 38,300 dwt tutumlu "Handysize" tipli "Zudar" gəmisini (2011-ci il, Imabari) təxminən 13,5 milyon dollara alıb. Bu məbləğ keçən ilin noyabrında alınan eyni tipli gəmidən təxminən 2 milyon dollar azdır.
Bu əməliyyatla "Newport"-un "Handysize" donanması 13 gəmiyə çatdırılıb və bütün gəmilər Yaponiya istehsalıdır.
2004-cü ildə təsis edilmiş "Newport SA" quru yük daşımalarında etibarlılığı ilə tanınır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

