"Shandong Ocean Shipping" “Capesize” seqmentinə daxil olur
Çinin "Shandong Ocean Shipping Group" şirkəti quru yük donanmasını genişləndirmək məqsədilə “Capesize” tipli iki yeni gəmi sifarişi verib.
"Seanews.az" xəbər verir ki, gəmilər "Hengli Shipbuilding" tərsanəsində tikiləcək.
Yeni gəmilərin hər biri 181 min ton dedveytə malik olacaq.
Şirkətin bu qərarı iyun ayında hər biri təxminən 37 milyon dollar dəyərində olan 95 500 tonluq iki “Post-panamax” quru yük gəmisinin sifarişindən sonra atılan növbəti addımdır. Həmin sifarişlə yanaşı əlavə opsiya hüquqları da nəzərdə tutulmuşdu. “Post-panamax” gəmilərinin 2028-ci ildə, opsiya daxilində olanların isə 2029-cu ildə təhvil verilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

