Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-23,
Seanews
Heyder Eliyev

"Sogestran" Çində iki yeni tanker sifariş edib

Fransanın "Sogestran Group" şirkəti bunker donanmasını yeniləmək məqsədilə "China Merchants Industry Yangzhou Dingheng" tərsanəsində iki yeni tanker sifariş verib.

"Seanews.az" xəbər verir ki, yeni gəmilər 4 500 kubmetr tutuma malik olacaq və 2008-ci ildə inşa edilmiş "Florence B" və "Tatiana B", eləcə də 2009-cu il istehsalı olan "Cap Pinede" tankerlərini əvəz edəcək.

Tankerlər "Petroineos"-un Fos, Marsel və Tulon limanlarındakı bunkerləmə əməliyyatlarına xidmət göstərəcək. 

Yeni tankerlər eyni vaxtda üç fərqli məhsulun daşınmasına uyğun dizayn ediləcək və Lavera neft emalı zavodunun körpülərinə uyğunlaşdırılacaq. Onlar həm ənənəvi yanacaqları, həm də bioyanacaq və e-metanol kimi alternativ yanacaq növlərini təchiz etmək imkanına malik olacaqlar.

İlk gəminin polad kəsiminin 2026-cı ilin noyabrında başlanması və 2028-ci ilin əvvəlində təhvil verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır