Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-04,
Seanews
Heyder Eliyev

"HMM" “Glovis Topaz” adlı yeni gəmisini donanmasına daxil edib

Çinin "Guangzhou Shipyard International" (GSI) şirkəti Cənubi Koreyanın "HMM" şirkətinə yeni tip avtomobil və yükdaşıyan gəmini təhvil verib.

"Seanews.az" xəbər verir ki, “Glovis Topaz” adlı gəminin uzunluğu 200 metr, eni 38 metr, suya oturumu isə 9,2 metrdir. Gəmidə ümumilikdə 14 avtomobil göyərtəsi mövcuddur. 

Gəmi "IMO Tier III" standartlarına cavab verən və LNG ilə də işləyə bilən ikiyanacaqlı hərəkət sistemi ilə təchiz edilib. Bu sistem gəminin 19 düyünə qədər sürət yığmasına imkan verir.

Yeni gəmi naviqasiya sistemləri, maşın şöbəsi və yük göyərtələrinin intellektual idarəetməsinə şərait yaradan texnologiyalarla təchiz olunub ki, bu da istismar zamanı təhlükəsizliyi və səmərəliliyi artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır