"Brave Maritime" üç ədəd yapon istehsalı “Handysize” tipli gəmi alıb
"Brave Maritime" şirkəti Dubayda fəaliyyət göstərən "MUR Shipping" şirkətindən üç ədəd yapon istehsalı “Handysize” tipli quru yük gəmisi satın alıb.
"Seanews.az" xəbər verir ki, sövdələşmə barədə məlumatı gəmi brokerləri yayıb.
"Namura" gəmiqayırma zavodunda inşa edilmiş hər biri 34 min ton dedveyt daşıma qabiliyyətinə malik "African Heron", "African Goshawk" və "African Merli" adlı gəmilər ümumilikdə 53 milyon dollardan bir qədər aşağı qiymətə satılıb.
Bu əməliyyat nəticəsində Afinada yerləşən "Brave Maritime" şirkətinin “Handysize” seqmentindəki donanması 12 gəmiyə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

