"Yang Ming Marine" dörd yeni “Handymax” tipli gəmi sifariş edib
Tayvanın "Yang Ming Marine" şirkəti quru yük gəmiləri donanmasını daha da genişləndirmək niyyətindədir.
"Seanews.az" xəbər verir ki, şirkət bu məqsədlə öz törəmə şirkəti "Kuang Ming" üçün dörd yeni "Handymax" tipli quru yük gəmisi tikdirəcək.
"Kuang Ming" 2008-ci ildən quru yük daşımaları sektorunda fəaliyyət göstərir. Hazırda şirkət 6 "Panamax" və 4 "Handymax" tipli gəmiyə malikdir, həmçinin 1 ədəd uzunmüddətli icarəyə götürülmüş capesize gəmi ilə işləyir.
Gəmilərin tikiləcəyi gəmiqayırma zavodunun adı hələ açıqlanmayıb.
Yang Ming şirkəti bildirib: “Dörd yeni "Handymax" gəmisinin sifariş edilməsi yalnız quru yük daşımaları bazarının gözlənilən artımı ilə uyğunlaşmaqla kifayətlənmir, həm də köhnəlmiş gəmilərin əvəzlənməsini, yanacaq səmərəliliyinin artırılmasını və istixana qazı emissiyalarının azaldılmasını təmin edəcək.”

