Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-04,
Seanews
Heyder Eliyev

“Stena RoRo” altı yeni "C-Flexer" tipli gəminin inşası üçün Anlaşma Memorandumu imzalayıb

İsveçin “Stena RoRo AB” şirkəti Çinin “China Merchant Industries Weihai” gəmiqayırma zavodu ilə altı ədəd yeni nəsil "C-Flexer" tipli RoRo gəmilərinin inşasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.

"Seanews.az" xəbər verir ki, razılaşmaya əsasən, ilkin mərhələdə iki gəmi inşa ediləcək, daha dörd gəminin tikintisi isə əlavə opsion kimi nəzərdə tutulur.

Yeni "C-Flexer" dizaynı əvvəlki uğurlu "E-Flexer" və "NewMax" konsepsiyalarının davamı olaraq hazırlanıb. Layihə yüksək səmərəliliyə malik gövdə forması, gələcəkdə alternativ yanacaqlarla işləməyə uyğun mühərriklər və genişlənə bilən hibrid batareya sistemi ilə təchiz ediləcək.

Yeni "C-Flexer" gəmiləri 200 metr uzunluğa, 7,3 metr dərinliyə, 28 və ya 31 metr enə malik olacaq. Gəmilərin maksimal sürəti 21 düyün təşkil edəcək.

Şirkət bu addımı uzun müddətdir investisiya baxımından az diqqət çəkən bir seqmentdə strateji qərar kimi dəyərləndirir.

“Stena RoRo AB”-nin baş icraçı direktoru Per Vestlin bildirib ki, bu gəmilər günün tələblərinə cavab verəcək, eyni zamanda sabahın standartlarına uyğun şəkildə dizayn ediləcək.

1977-ci ildən fəaliyyət göstərən “Stena RoRo” şirkəti RoRo və sərnişin gəmilərinin layihələndirilməsi və texniki modernləşdirilməsi sahəsində dünya liderlərindən biri hesab olunur.  Şirkət hazırda həm "Stena" qrupuna daxil olan digər şirkətlərə, həm də üçüncü tərəflərə təxminən 15 gəmi icarəyə verib.

“Stena RoRo” həmçinin dünyanın ən böyük mülki hospital gəmisi olan "Global Mercy" layihəsinin dizayn və tikinti işlərinə rəhbərlik edib. Gəmi 2021-ci ildə istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır