Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Çin tam elektrikli “Gezhouba” yük gəmisi ilə yaşıl dənizçilikdə yeni mərhələyə qədəm qoyub

Çinin Hubei əyalətinin Yichang şəhərində inşa olunan tam elektrikli “Gezhouba” adlı quru yük gəmisi rəsmi mərasimlə suya endirilib.

"Seanews.az" xəbər verir ki, bu hadisə, ölkənin yaşıl və ağıllı dəniz texnologiyaları strategiyasında mühüm mərhələ sayılır və Çin hökumətinin karbon emissiyalarını azaltmaq, eləcə də davamlı enerji əsaslı nəqliyyatı təşviq etmək məqsədlərinə xidmət edir.

130 metr uzunluğa və 13 min ton yük tutumuna malik nəhəng gəmi 12 ədəd yüksək tutumlu lityum batareya bloku ilə təchiz olunub. 

“Gezhouba”nın əsas üstünlüyü onun sürətli batareya dəyişmə sistemi sayılır. Bu texnologiya sayəsində gəmi enerji doldurma üçün dayanmadan, uzun məsafəli reyslərdə fasiləsiz hərəkət edə bilir. Tək bir şarjla 500 kilometrədək məsafə qət etmək mümkündür. Limanlarda qurulan batareya dəyişmə məntəqələri sayəsində enerji bərpası cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir.

Mütəxəssislərin fikrincə, “Gezhouba”nın istifadəyə verilməsi Çinin karbon neytral dənizçilik vizyonunda strateji dönüş nöqtəsidir. Ölkə yaxın illərdə həm yük, həm də sərnişin daşımalarında tam elektrikli və avtonom gəmilərdən ibarət donanma qurmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır