"Yang Ming" Yaponiyada altı ədəd konteyner gəmisi sifariş edib
Tayvanın "Yang Ming Marine" şirkəti metanol yanacağına hazır yeni nəsil konteyner gəmilərinin inşası üçün Yaponiyanın aparıcı gəmiqayırma müəssisələrini seçib.
"Seanews.az" xəbər verir ki, şirkət "Nihon Shipyard", "Imabari Shipbuilding" və "Shoei Kisen Kaisha" ilə ümumilikdə altı ədəd 8.000 TEU tutumlu, ikili yanacaq sistemi ilə işləməyə hazır konteyner gəmilərinin inşası üçün müqavilə imzalayıb.
Gəmilərin təhvilinə 2028-ci ildən başlanacaq.
Sözügedən konteyner gəmiləri "Yang Ming" donanmasında metanol ikili yanacaq sistemi ilə işləməyə hazır olan ilk gəmilər olacaq. Yeni gəmilər istismara verildikdən sonra şirkətin artıq 20 ildən çox xidmət edən 5.500 TEU tutumlu konteyner gəmilərini mərhələli şəkildə əvəz edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

