Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"Nordic American Tankers" Cənubi Koreyada iki yeni "Suezmax" tipli tanker sifariş edir

Norveçin "Nordic American Tankers" (NAT) şirkəti donanmasını genişləndirmək məqsədilə Cənubi Koreyada iki yeni "Suezmax" tipli tanker sifarişi üçün niyyət məktubu imzalayıb.

"Seanews.az" xəbər verir ki, hər bir gəminin dəyəri təxminən 86 milyon ABŞ dolları təşkil edir.

Şirkətin açıqlamasına əsasən, gəmilərin təhvili 2028-ci ilin ikinci yarısına planlaşdırılıb, yekun gəmiqayırma müqaviləsinin isə 2026-cı ilin əvvəlində imzalanması gözlənilir.

"Nordic American Tankers" sonuncu dəfə 2020-ci ildə Cənubi Koreyanın "Samsung Heavy Industries" gəmiqayırma zavodunda iki "Suezmax" tipli tanker sifariş etmişdi. Həmin gəmilər 2022-ci ildə təhvil verilib.

Bundan əlavə, NAT bu il ərzində ikinci əl donanmasını da genişləndirib. Şirkət "Ocean Yield" ilə icarə müqavilələrindən iki ədəd 2018-ci ildə inşa edilmiş gəmiləri satın alıb, həmçinin "Eastern Pacific Shipping" şirkətindən hər biri təxminən 65,6 milyon dollara olan iki ədəd 2016-cı il istehsalı tankeri donanmasına əlavə edib.

Hazırda "Nordic American Tankers" şirkəti 20 ədəd "Suezmax" tipli tankerdən ibarət donanmaya nəzarət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır