Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

“Maersk” 18 000 TEU-luq yeni konteyner gəmiləri sifariş edib

“Maersk” şirkəti Çinin "New Times Shipbuilding" (NTS) gəmiqayırma zavoduna 18 000 TEU tutumlu səkkiz ədəd ikili yanacaqla (LNG dual-fuel) işləyən konteyner gəmisinə dair sifarişini verib.

“Seanews.az” broker mənbələrinə istinadən xəbər verir ki, bununla bağlı imzalanan müqavilədə əlavə dörd gəmi üçün seçim hüququ da nəzərdə tutulub.

Hər bir gəminin dəyəri təxminən 193 milyon ABŞ dolları təşkil edir. Gəmilərin 2028–2029-cu illərdə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Maersk” qarşıdakı dörd il ərzində artıq "New Times Shipbuilding" zavodundan 26 ədəd ikili yanacaqla işləyən LNG gəmisinin qəbulunu planlaşdırır. Bu gəmi parkına həm şirkətin öz mülkiyyətində olan, həm də uzunmüddətli icarə əsasında istismar ediləcək gəmilər daxildir.

Sifariş portfelinə on ədəd 16 800 TEU-luq gəmi (bunların beşi SFL Corp, beşi isə Seaspan şirkətlərinə məxsusdur), altı ədəd 15 000 TEU-luq gəmi və “Capital Ship Management” şirkətindən on ədəd 8 700 TEU-luq gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır