Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"2020 Bulkers" son iki "Newcastlemax" gəmisini də satır

"2020 Bulker" 2020-ci ildə inşa edilmiş "Bulk Sydney" və "Bulk Santos" gəmilərinin adı açıqlanmayan bir alıcıya ümumilikdə 145,5 milyon dollara satıb. 

"Seanews.az" xəbər verir ki, müqaviləyə əsasən, gəmilərin təhvil verilməsi 2026-cı ilin birinci rübü üçün planlaşdırılır. O vaxta qədər isə şirkət bu gəmilərin əməliyyat pul vəsaitlərini saxlamaqda davam edəcək.

"2020 Bulkers" satışların tamamlanmasından sonra təxminən 61 milyon dollar xalis gəlir əldə etməyi gözlədiyini açıqlayıb.

Bu iki satış sentyabrdan bəri həyata keçirilən aktivlərin reallaşdırılması prosesinin davamıdır. Şirkət əvvəlcə üç "Newcastlemax" gəmisini 209 milyon dollara, ardınca birini 72,75 milyon dollara satmış, ötən il isə iki gəmini 127,5 milyon dollara əlindən çıxarmışdı.

Borc ödənişləri tamamlandıqdan sonra "2020 Bulkers" son altı gəmisinin satışından ümumilikdə 312 milyon dollar xalis vəsait əldə edəcəyini gözləyir. 

Qeyd edək ki, "2020 Bulker"s 2017-ci ildə Tor Olav Troim tərəfindən təsis edilib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır