Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-19,
Seanews
Heyder Eliyev

"Evergreen" 14 ədəd LNG ilə işləyən konteyner gəmisi sifariş edib

"Evergreen" şirkəti Çinin və Cənubi Koreyanın iki tərsanəsində ümumi dəyəri təxminən 2,8 milyard dollar olan 14 ədəd konteyner gəmisi üçün sifariş yerləşdirib.

"Seanews.az" xəbər verir ki, sifariş 14 000 TEU tutumlu iki yanacaqlı (dual-fuel) konteyner gəmilərini əhatə edir. Gəmilərin yeddi ədədi Çinin "Guangzhou Shipyard International", digər yeddi ədədi isə Cənubi Koreyanın "Samsung Heavy Industries" tərsanəsində inşa olunacaq.

Bu, "Evergreen"-in son aylarda verdiyi ikinci böyük sifariş paketidir. Şirkət mart ayında 24 000 TEU tutumlu 11 konteyner gəmisi üçün də Çinin və Cənubi Koreyanın iki tərsanəsi ilə müqavilə imzalamışdı. Həmin sifariş çərçivəsində "Guangzhou Shipyard International" beş, "Hanwha Ocean" isə altı gəmi inşa edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır