“Baykal” elektrik gəmisi 2027-ci ildə istismara veriləcək
Rusiyada inşa edilən elektriklə işləyəcək kruiz gəmisi “Baykal”ın 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
"Seanews.az" xəbər verir ki, bu barədə məlumatı “VodohodЪ” şirkəti yayıb.
Gəminin kili 15 noyabr 2024-cü ildə qoyulub.
Müqaviləyə əsasən, gəminin suya buraxılması 2026-cı ilin payızına nəzərdə tutulub. Tikintinin növbəti mərhələsi üzrə işlər isə onun istismar olunacağı Baykal gölündə həyata keçiriləcək.
Üç göyərtəli elektrik gəmisi Baykal gölü akvatoriyasında kruiz və gəzinti reysləri üçün nəzərdə tutulub. O, kruiz rejimində 70 sərnişin, qısa gəzinti reyslərində isə 152 sərnişin daşıya biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

