Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-25,
Seanews
Heyder Eliyev

“Steiner Shipyard” yeni bərənin inşasını tamamlayıb

“Steiner Shipyard” Bayou-la-Batre (Alabama) şəhərində inşa etdiyi yeni sərnişin və nəqliyyat vasitəsi bərəsini Maine Nəqliyyat Departamentinə təhvil verib.

"Seanews.az" xəbər verir ki, uzunluğu təxminən 31,7 metr) olan “Charles Norman Shay” adlı bərə iyunun 7-də Maine ştatının Rockland şəhərindəki bərə dayanacağına çatdırılıb.

Yeni gəmi “Gilbert Associates” tərəfindən layihələndirilib və 149 sərnişinlə yeddi avtomobil daşımaq gücünə malikdir.

Bərə Rockland–Matinicus adası (23 mil) marşrutunda istismar olunacaq. Bu xətt illik təxminən 500 min sərnişin və 190 min nəqliyyat vasitəsi daşıdığı üçün yeni bərə mövcud xidmətin gücləndirilməsinə xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır