Bu ilin noyabrında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib
Bu ilin noyabrında Türkiyə limanları 4 min 813 gəmi qəbul edib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 634, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 179 olub.
2025-ci ilin yanvar - noyabrında Türkiyə limanları 58 min 24 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 383, Türkiyə bayrağı altında olan gəmilər isə 37 min 641 olub”, - deyə nazirlikdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

