Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-19,
Seanews
Heyder Eliyev

"Cosco Shipping Energy Transportation" 19 yeni gəmi inşa etdirir

Çinin gəmiçilik şirkəti "Cosco Shipping Energy Transportation" donanmanın yenilənməsinə 7,88 milyard yuan (təxminən 1,1 milyard dollar) həcmində investisiya yatırır.

"Seanews.az" xəbər verir ki, "Cosco Shipping Energy Transportation" və onun törəmə şirkətləri "Cosco Shipping Heavy Industry"-yə məxsus tərsanələrlə 19 gəminin inşası üçün gəmiqayırma müqavilələri imzalayıb.

Sifariş olunan gəmilər:

1 ədəd LNG ilə işləyən 9 000 kubmetr tutumlu etilen daşıyan gəmi (Dalian tərsanəsi)

2 ədəd metanol ilə işləyən "Aframax" xam neft tankeri (Yangzhou)

2 ədəd metanol ilə işləyən "LR2" tankeri (Yangzhou)

2 ədəd "LR1" məhsul/xam neft tankeri (Dalian)

3 ədəd "MR" tankeri (Dalian)

4 ədəd "MR" xam neft tankeri (Dalian)

5 ədəd "MR" tankeri (Guangzhou)

Şirkət aşıqlamasında bildirib ki, bu gəmilərin hamısı daha təmiz yanacaq texnologiyaları ilə işləyəcək və gələcək ekoloji tələblərə uyğun olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır