Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-08,
Seanews
Heyder Eliyev

"Eastern Pacific Shipping" iki ammonyakdaşıyan gəmi sifariş edib

"Eastern Pacific Shipping" (EPS) şirkəti ammonyakdaşıyan gəmilərdən ibarət donanmasını genişləndirir.

"Seanews.az" xəbər verir ki, şirkət Çinin "Jiangnan" gəmiqayırma zavodunda iki ədəd çox böyük ammonyakdaşıyan gəmi (VLAC) sifariş edib.

Məlumata görə, hər birinin tutumu 90 min kubmetr olan yeni gəmilərin 2028-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.

Müqavilənin dəyəri açıqlanmayıb.

"Jiangnan" bu sifarişi 2026-cı il üzrə ilk gəmiqayırma müqaviləsi kimi qiymətləndirib.

Yeni gəmilər "Neo-panamax" dizaynı əsasında inşa ediləcək. Bu o deməkdir ki, onların ölçüləri Panama kanalının köhnə şlüzlərindən keçid üçün uyğun olacaq.

Zavodun açıqlamasına görə, gəmilər yanacağa qənaət edən gövdə quruluşuna malik olacaq və daha çox yük daşımağa imkan verəcək.

"VLAC"-lar iki yanacaqla işləyən (LPG dual-fuel) mühərriklə təchiz olunacaq. Bu sistem adi yanacaqla müqayisədə CO₂ emissiyalarını təxminən 20 faiz, kükürd oksidi emissiyalarını isə demək olar ki, 99 faiz azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır