Qazma gəmisində süni intellekt əsaslı texniki xidmət sistemi
İtaliyanın “Saipem” şirkəti “Saipem 12000” ultra dərinlik qazma gəmisində süni intellektə əsaslanan proqnozlaşdırıcı texniki xidmət sistemini tətbiq edib.
“Seanews.az” xəbər verir ki, sistem real vaxt məlumatları əsasında avadanlığın vəziyyətini izləyir, mümkün nasazlıqları əvvəlcədən müəyyənləşdirir və planlı müdaxiləyə imkan verir. Məqsəd dayanma müddətini azaltmaq və əməliyyat təhlükəsizliyini artırmaqdır.
Layihə “ADC Energy” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və şirkətin qazma donanmasında ilk tətbiqdir.
Eyni texnologiyanın dünyanın ən böyük yarımsualtı kran gəmilərindən biri olan “Saipem 7000” üzərində də tətbiqi planlaşdırılır. Sistem dizel generatorlarının monitorinqini əhatə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

