Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-27,
Seanews
Heyder Eliyev

Dünyada ilk olan yeni nəsil külək turbini quraşdırma gəmisi təhvil verilib

Sinqapurun "Seatrium" gəmiqayırma zavodu "Maersk Offshore Wind" şirkəti üçün dünyada öz növündə ilk olan yeni nəsil külək turbini quraşdırma gəmisini (WTIV) uğurla təhvil verib.

“Seanews.az” xəbər verir ki, bu gəmi dəniz külək enerjisi sektorunda səmərəliliyi kökündən dəyişəcək unikal texnologiyaya sahibdir. Çünki ənənəvi gəmilərdən fərqli olaraq, bu yeni nəsil vasitə turbin komponentlərini götürmək üçün limana qayıtmır. O, dənizdə sabit qalaraq sahildən gələn yükləri xüsusi "kilidləmə və stabilizasiya" sistemi vasitəsilə qəbul edir.

Bu innovativ "feeder" (qidalandırıcı) konsepsiyası quraşdırma prosesini 30% sürətləndirir və əməliyyat xərclərini kəskin azaldır.

Gəmi 2500 tonluq nəhəng kranı ilə hazırda sənayedə mövcud olan ən böyük turbinləri (15 MVt+) quraşdıra biləcək nadir texnikalardan biridir. Mart ayında Nyu-York sahillərindəki "Empire Wind" layihəsində debüt edəcək bu gəmi, həm də ABŞ-ın sərt dənizçilik qanunlarına tam uyğun işləyən ilk xarici istehsal olan kompleks həll hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır