Azərbaycanın ilk milli RoPax tipli gəmi-bərəsinin istismara verilməsindən 5 il ötür
İlk milli RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 5 il ötür.
AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş gəminin təntənəli açılışı 2021-ci il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub.
İstifadəyə verildiyi gündən indiyədək gəmi-bərə ilə ümumilikdə 877 reys həyata keçirilib. Bu səfərlər çərçivəsində 1 248 vaqon, 31 610 yük maşını, 4 498 minik avtomobili, 30 205 nəfər sərnişin daşınıb.
“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Haazırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
Unikal dizayna malik bu gəmi “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.

