Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-03,
Seanews
Heyder Eliyev

Çinin 10 min tonluq ilk tam elektrikli konteyner gəmisi sınaqdan keçirilir

Çinin "Jiangxi Jiangxin Shipbuilding" tərsanəsi ölkənin 10 min tonluq yükgötürmə qabiliyyətinə malik ilk tam elektrikli konteyner gəmisi olan "Ningyuan Dian Kun"un dəniz sınaqlarına başlayıb.

“Seanews.az” xəbər verir ki, 740 TEU tutumlu bu yeni nəsil gəmi dəniz  sınaqlarını Şanxay sahillərində keçirdikdən sonra "Ningbo Ocean Shipping" şirkətinə təhvil veriləcək.

Yerli mütəxəssislər bu layihəni Çində həm inşa edilən, həm də istismar olunacaq ilk iriölçülü tam elektrikli fider gəmisi kimi yüksək qiymətləndirirlər.

Gəminin güc qurğusu ümumi tutumu 19,000 kVt-saat olan 10 ədəd konteyner tipli batareyadan ibarətdir ki, bu da iki ədəd daimi maqnitli elektrik mühərrikini qidalandıraraq gəmiyə 11.5 uzel (knot) sürətlə hərəkət etmək imkanı verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır