Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-15,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük yelkənli lüks kruiz gəmisi sınaq yürüşlərində yeni rekorda imza atıb

Lüks səyahət brendi "Orient Express"in ilk kruiz gəmisi olan "Orient Express Corinthian" dəniz sınaqları zamanı böyük uğura imza atıb. Fransanın "Chantiers de l’Atlantique" tərsanəsi tərəfindən inşa edilən gəmi, öz ölçüsündəki bir gəmi üçün görünməmiş sürət nümayiş etdirib.

“Senanews.az” xəbər verir ki, gəmi 37 km/saat (20 knot) sürətli küləkdə mühərriklərdən istifadə etmədən, yalnız yelkənlərlə 12 knot (uzel) sürətə çatıb. Bu, belə ölçüdə olan yelkənli gəmilər üçün bir ilkdir. Gəminin maksimum 17 knot sürətə çatacağı gözlənilir.

25.200 tonluq gəminin uzunluğu 220 metrdir. O, hazırda dünyada mövcud olan ən yaxın rəqiblərindən (15.000 ton) xeyli böyükdür.

Gəmi hər biri 69 metr hündürlüyündə olan 3 karbon lifli dirəyə və cəmi 4500 kvadratmetr yelkən sahəsinə malikdir. Bu yelkənlər 360 dərəcə fırlana və körpülərin altından keçmək üçün 70 dərəcəyə qədər əyilə bilir.

"Accor Group" tərəfindən idarə olunacaq gəmi ultra-lüks kateqoriyasına aiddir. Gəmidə 110 sərnişin üçün 54 suit otaq, 5 restoran, yoqa studiyası, spa, açıq hovuz və xüsusi dəniz platforması var.

Gəmi həm yelkənlərlə, həm də mayeləşdirilmiş təbii qaz (LNG) mühərriki ilə təchiz edilib.

2025-ci ilin iyununda suya salınan "Orient Express Corinthian"ın bütün sınaqları tamamlandıqdan sonra 2026-cı ilin may ayında ilk rəsmi səfərinə çıxması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır